Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14

Merkel Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə qarşı çıxıb


Merkelə görüşündə Putin NATO-nun genişlənməsindən narahatlığını bildirib

Merkelə görüşündə Putin NATO-nun genişlənməsindən narahatlığını bildirib

Almaniya kansleri Angela Merkel Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə qarşı çıxıb.


O, mövqeyini belə əsaslandırıb ki, NATO-ya üzv olmaq istəyən ölkələrdə bu ideyanı təkcə siyasətçilər yox, eyni zamanda əhalinin böyük əksəriyyəti dəstəkləməlidir.


A.Merkel əlavə edib ki, alyansda regional münaqişələrə cəlb olunmuş ölkələrə yer yoxdur. Bununla yanaşı kansler Albaniya və Xorvatiyanın üzvlüyü üçün heç bir problem görmədiyini bildirib.


İki gün öncə A.Merkelin Rusiya prezidenti ilə görüşündə Vladimir Putin növbəti dəfə Ukrayna və Gürcüstanın NATO sıralarına daxil olması məsələsindən narahatlığını bildirib.


Gürcüstanın iki separatçı bölgəsi var, Ukrayna isə qaza görə Rusiya ilə mübahisəsini hələ yoluna qoya bilməyib. Yanvarın 5-də Gürcüstanda keçirilən növbədənkənar prezident seçkilərində vətəndaşlar ölkələrinin alyansa üzvlük məsələsinə də müsbət münasibət bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG