Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

Qənimət Zahidin vəkilləri apelyasiya şikayəti verməyə hazırlaşırlar


Qənimət Zahid martın 7-də 4 il azadlıqdan məhrum edilib

Qənimət Zahid martın 7-də 4 il azadlıqdan məhrum edilib

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin vəkilləri Yasamal Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verməyə hazırlaşırlar. Vəkil Rəşid Hacılının «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar martın 11-də hökmün surətini alandan sonra apelyasiya şikayəti hazırlayacaqlar. Şikayətdə məhkəmədə baş vermiş qanunsuzluqlara toxunulacaq:


«Şikayətə daha çox hadisənin əvvəlcədən, sifarişlə hazırlanmasını sübut edən faktların məhkəmədə araşdırılmaması, hökmü ağırlaşdıran səbəb kimi göstərilən Qənimət Zahidin guya Vüsal Həsənova vurduğu zərbənin əslində sübut olunmamasıyla bağlı faktlar daxildir».


Hökmün vəkillərin iştirakı olmadan çıxarılması da şikayətdə əsas qanun pozuntularından biri kimi vurğulanacaq.


Hacılının sözlərinə görə, apelyasiya şikayətinə baxılana qədər Qənimət Zahid Bayıl təcridxanasında saxlanacaq.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid martın 7-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Vəkilləri və beynəlxalq jurnalist təşkilatları onun həbsini sifarişli sayır və dərhal azad olunmasını tələb edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG