Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:02

Norveç səfirliyi Qənimət Zahidovun ən tez zamanda azad edilməsinə çağırıb


Norveçin Azərbaycandakı səfirliyi «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib.

Səfirliyin bəyanatında deyilir ki, məhkəmə prosesi redaktora qarşı irəli sürülmüş ittihamları sübut edə bilmədi. «Səfirlik xüsusən, seçkilər ilində azad mətbuata qarşı yönəlmiş belə hökmlərdən narahatdır».

Səfirlik hesab edir ki, Azərbaycan jurnalistlərin saxta ittihamlarla həbsi hallarından qaçmalıdır, bu, onun öz nüfuzu üçün daha yaxşı olardı.


«Bununla əlaqədar olaraq, səfirlik hakimiyyəti Qənimət Zahidovun ən tez zamanda azad edilməsi üçün bütün mümkün addımları atmağa çağırır», - deyə bəyanatda qeyd edilib. / Turan /


Günün bütün mövzuları

XS
SM
MD
LG