Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56

«Tanınmış jurnalist və baş redaktor belə asanlıqla məhkum oluna bilməz»


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel

«Tanınmış jurnalist və baş redaktor belə asanlıqla məhkum oluna bilməz. Mən əvvəllər də ifadə etdiyim mövqeyimdə israr edirəm ki, jurnalistlər azad olunmalıdır. Siyasi məhbus hesab edilən şəxslərlə bağlı problemin həlli yolu budur».


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Qənimət Zahidin həbsinə münasibət bildirərkən «Azadlıq» radiosuna belə deyib.


O, hesab edir ki, «əgər jurnalist həbs olunarsa, bu, yalnız seçki üçün yox, ölkənin özünün imici üçün pisdir. Mən yenə təkrar edirəm ki, siyasi hakimiyyət üçün həbsdə olan jurnalistlər həmin hakimiyyəti azadlıqda hətta ən sərt formada tənqid edən jurnalistlərdən daha təhlükəlidir».


Martın 7-də məhkəmə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi xuliqanlıqda təqsirləndirərək 4 il müddətinə azadlıqdan məhrum edib. Jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. Beynəlxalq hüquq müdafiə təşkilatları hakimiyyətdən dəfələrlə onun azadlığa buraxılmasını tələb edirlər.


Hazırda Azərbaycanda üç jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG