Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

Məhkəmə başlanana qədər olmazın əziyyəti…


«Qışda, yayda o yerlər çox dözülməz olur. Heç bir şəraiti yoxdur»
«Qışda, yayda o yerlər çox dözülməz olur. Heç bir şəraiti yoxdur»

«Məhkəmənin nə vaxt başlamasından asılı olmayaraq məhkumlar saxlandıqları təcridxanadan səhər saat 9-da, 10-un yarısında çıxarılır. Məhkəməyə məhkumlar üçün nəzərdə tutulan «boks» adlı yerə gətirilir. Məhkəməsi səhər saat 10-da başlayacaq, yoxsa günorta 1-də, fərqi yoxdur. Orada saxlanılırlar. Bir də saat 6-7-də çıxarılırlar. Səhər məhkəməsi başlanan da axşama qədər orada qalmalıdır».


Bunu yazısına görə 8 aylıq dustaq həyatı yaşamış «Müxalifət» qəzetinin əməkdaşı Yaşar Ağazadə danışır. Haqqında məhkəmə hökmü çıxarılana qədər başqa məhbuslar kimi o, da olmazın əziyyətlərini görüb. Onun prosesi Yasamal Rayon Məhkəməsində gedib.


«Orada saxlanma otağı dözülməz vəziyyətdədir. Ora gün ərzində baxılacaq 10-a yaxın cinayət işiylə bağlı dustaq gətirilir. İki balaca otaq var. Hər biri təxminən 2 kvadratmetr. Azı 5 dustaq olur. Qaranlıq, rütubətli. Ayaqyolu çox çirkli vəziyyətdədir. Qəribədir ki, ayaqyoluna dustaq əliqandallı aparılır. Orda həm də yüngül ayaqyoluna getmək mümkündür, çünki dustağın həm əli qandallıdır, həm də su yoxdur. Dustaq da saat 9-da gətirilir, bir də axşam saat 6-7-də çıxarılır. Hərdən fikirləşirəm ki, həmkarım Qənimət Zahid bu cür vəziyyətə necə dözür…»


Məhkəmələri başlamamışdan əvvəl saxlanma şəraitinin çətin olmasıyla bağlı digər rayon məhkəmələrinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə gətirilən məhbuslardan da bu vaxta qədər çox şikayətlər eşidilib. Onlar hər dəfə məhkəmə binalarındakı saxlanmadan şikayətlənəndə hakimlər «şərait belədir» cavabıyla kifayətlənirdilər.


Hüquqi Dövlət Araşdırmalar Mərkəzi də az əvvəl məhkəmələrlə bağlı monitorinqini sona çatdırıb. Təşkilatın rəhbəri Müzəffər Baxışov deyir ki, haqlarında həbs-qətimkan tədbiri seçilmiş şəxslər çox vaxt bu məsələnin üstündən keçsələr də bu əslində birbaşa onların hüquqlarının pozulmasına yönəlib:


«Qışda, yayda o yerlər çox dözülməz olur. Heç bir şəraiti yoxdur. Hökumət bilməlidir ki, bu orada saxlanan adamların birbaşa hüquqlarının kobud pozulmasıdır. Əgər həmin adamlar bu haqda Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsələr, bu onların birbaşa hüquqlarını pozulması kimi qeyd olunar».


Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindənsə dedilər ki, bu problemi onlar da bilirlər. Artıq yeni məhkəmə binalarının tikintisi planlaşdırılır və bunlar da həmin tikintidə nəzərə alınacaq. Bu işdə Dünya Bankı da məhkəmələrə yardım göstərəcək. Yaxın illərdə 17 məhkəmə binası tikilməsi planlaşdırılır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG