Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:24

«Yeni Azərbaycan» qəzetinə yeni baş redaktor təyin olunub


«Yeni Azərbaycan» qəzeti hakim partiyanın orqanıdır və 1993-cü ildən nəşr olunur

«Yeni Azərbaycan» qəzeti hakim partiyanın orqanıdır və 1993-cü ildən nəşr olunur

Hikmət Babaoğlu «Yeni Azərbaycan» qəzetinin baş redaktoru təyin olunub. Martın 7-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında belə qərar qəbul olunub.


Hikmət Babaoğlu YAP-ın Mərkəzi Aparatında ideoloji şöbədə təlimatçı işləyib. Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinə rəhbərlik edib.


Siyasi elmlər namizədidir. Bakı Dövlət Universitetində YAP icra katibi Əli Əhmədovun müdiri olduğu Politalogiya kafedrasının müəllimidir.


Hikmət Babaoğlu həmçinin Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəridir.


Yeni baş redaktor kollektivə təqdim olunub.


Fevralın 28-də YAP İdarə Heyəti qəzetin baş redaktoru Alqış Həsənoğlunu işdən azad edib. YAP-ın məlumatında göstərilib ki, «baş redaktor Alqış Həsənoğlunun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib və İdarə Heyətinin üzvləri yekdilliklə onun işdən azad edilməsi barədə qərar qəbul edib».


Alqış Həsənoğlu isə mətbuata verdiyi açıqlamalarda vəzifədən çıxarılmasını ona qarşı təxribat edilməsi ilə bağlı olduğunu deyib. Onun səlahiyyətlərinin icrası YAP icra katibinin müavini Mübariz Qurbanlıya tapşırılmışdı.


«Yeni Azərbaycan» qəzeti hakim partiyanın orqanıdır və 1993-cü ildən nəşr olunur.



Günün bütün mövzuları

XS
SM
MD
LG