Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:55

«Biz bu gün şoka, qorxuya düşmüşük»


«Seçki keçiriləcək ölkədə müxalifət jurnalistlərinin həbsdə olması mümkün deyil»

«Seçki keçiriləcək ölkədə müxalifət jurnalistlərinin həbsdə olması mümkün deyil»

«Biz bu gün eşitdik ki, Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib. Biz bunu qeyri-normal hesab edirik. Hətta Qənimət Zahidə qarşı ittihamlar doğrudursa belə, həmin ittihamlara bu cəza düşmür. Ancaq bu ittihamlar sübut olunmayıb» - Bunu «Azadlıq» radiosuna «Sərhədsiz Reportyorlar» təşkilatının Avropa bölməsindən Elza Vidal deyib.


Xanım Vidal vurğulayıb ki, prezident seçkilərinə bir neçə ay qalmış baş redaktora hökm oxunması hakimiyyətin səhv istiqamətdə olduğunu göstərir: «Biz hesab edirik ki, hakimiyyət çox səhv istiqamət atıb, onlar belə bir vacib siyasi məqamda müxalifət jurnalistlərini, bütün jurnalistləri susdurmaq istəyirlər. Bu məhkəmə hökmü siyasi motivlidir».


Təşkilat rəsmisi bildirir ki, hətta Qənimət Zahid küçədə kiminləsə dalaşıbsa belə, buna görə ona 4 il azadlıqdan məhrumetmə düşmür. «Bu cür qərarı əsaslandıracaq heç nə yoxdur. Biz Azərbaycan hökumətini bu cür qərarından təəssüflənirik, çünki beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət edib ki, həbsdəki bütün jurnalistləri azadlığa buraxsın.


Sakit Zahidovu, Eynulla Fətullayevi azadlığa buraxmaq çağırışları olub. Ancaq əvəzində daha bir jurnalist həbsə atılıb».


«Sərhədsiz Reportyorlar»ın rəsmisi daha sonra bildirib: «Biz bu gün şoka, qorxuya düşmüşük. Ümid edirik ki, Avropa ictimaiyyəti və Azərbaycan hökuməti ilə bu məsələ müzakirə ediləcək. Çünki seçki keçiriləcək ölkədə müxalifət jurnalistlərinin həbsdə olması mümkün deyil».


Günün bütün mövzuları

XS
SM
MD
LG