Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55

«NATO Cənubi Qafqaz regionunda Rusiya ilə rəqabət aparmır»


«NATO atəşkəsin pozulmasını ehtiyat və diqqətlə izləyir»

«NATO atəşkəsin pozulmasını ehtiyat və diqqətlə izləyir»

«NATO Cənubi Qafqaz regionunda Rusiya ilə rəqabət aparmır. Biz heç belə məqsəd güdmürük»-bunu Bakıda keçirilən NATO Parlament Assambleyasının «Rouz-Rout» seminarında təşkilatın baş katibinin nümayəndəsi Robert Simmons deyib.


Cənab Simmons bildirib ki, NATO-nun Cənubi Qafqaz regionunda Rusiya ilə eyni məqsədləri var və bu rəqabət kimi qəbul edilməməlidir.


Diplomat onu da vurğulayıb ki, alyans enerji obyektlərinin qorunmasında köməkçi olar. Onun fikrincə bu, Cənubi Qafqaz və Orta Asiya üçün önəmlidir.


NATO təmsilçisi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulmasından narahatdır. Simmons vurğulayıb ki, təşkilat «bütün baş verənləri ehtiyatla və diqqətlə izləyir. İstəmirik ki, belə hadisələr təkrar olsun». Diplomat deyib ki, Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar davam etdirilməlidir.


Bakıda keçirilən NATO Parlament Assambleyasının 68-ci «Rouz-Rout» seminarında 25 ölkədən 100-dən çox nümayəndə iştirak edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG