Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

Qənimət Zahid 4 il azadlıqdan məhrum edildi


Jurnalist həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir Foto: IRFS
Jurnalist həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir Foto: IRFS

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 4 il, Bakı şəhər sakini Vüsal Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Proses martın 7-də Yasamal rayon Məhkəməsində vəkillərin iştirakı olmadan keçirilib.


Bu barədə «Azadlıq» radiosuna Q. Zahidin vəkilləri məlumat verib.


Hər iki şəxs 2007-ci ilin noyabrında xuliqanlıqda təqsirləndirilərək həbs edilib.


Baş redaktor isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları Qənimət Zahidin həbsini pisləyir və onun dərhal azad olunmasını tələb edirlər.


Prokuror ona 5 il cəza istəmişdi.


XS
SM
MD
LG