Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

«Hökumətə təzyiqlər həm də siyasi məqsəd daşıyır»


«Xarici ekspertlər Azərbaycanla əməkdaşlığın dondurula biləcəyi barədə xəbərdarlıq ediblər»

«Xarici ekspertlər Azərbaycanla əməkdaşlığın dondurula biləcəyi barədə xəbərdarlıq ediblər»

«Hökumətin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə qapalı şəkildə apardığı müzakirələrin üstünün açılması rəsmi dairələrdə əməlli-başlı çaşqınlıq yaradıb». «Gün səhər» 7 mart tarixli sayında belə yazıb. Redaksiyaya daxil olan məlumatlara görə, bir sıra dövlət orqanları müzakirə və mübahisə predmeti olan məsələlərin mətbuata neçə çıxması ilə maraqlanıb.


«Milli Bank, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və digər qurumlarla danışıqlarda Azərbaycan hökumətinə ciddi iradlar tutulub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda sürətli bahalaşmadan narahatlığını bildirib, bir neçə iri layihədən imtina ediləcəyindən bəyan edib. Xarici ekspertlər hətta Azərbaycanla əməkdaşlığın dondurula biləcəyi barədə xəbərdarlıq də edib».


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı bunu iki amillə - qarşıdakı prezident seçkiləri və Azərbaycanın özünün iqtisadi imkanlarının artması ilə əlaqələndirir. Onun sözlərinə görə, artıq Azərbaycanın maliyyə yardımlarına da ehtiyacı yoxdur. Bu səbəbdən də istər Beynəlxalq Valyuta Fondu, istərsə də Dünya Bankının Azərbaycanla əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur: «İndi Azərbaycan Dünya Bankının güzəştli ölkələr siyahısından çıxarılıb. Çünki ölkədə adambaşına düşən ümumi daxili məhsul 3 min 500 dolları keçib və bundan sonra həmin təşkilatdan güzəştli kredit almaq imkanları tükənir».


Ekspert beynəlxalq maliyyə qurumların sərt mövqe nümayiş etdirməsində siyasi məqamların olduğunu da istisna etməyib: «Bu məsələdə siyasi amillərin olduğu istisna deyil. Hər iki qurum adətən seçki ərəfəsində hökumət qarşısında yeni tələblərlə çıxış edir. Bu, həm iqtisadi sahədəki nöqsanların aradan qaldırılmasa, həm də siyasi tələblərin yerinə yetirilməsi üçün təzyiq vasitəsidir».


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov «Üç nöqtə»yə deyib ki, ilin sonunadək mənzillər 16-18 faiz bahalaşacaq.


«İndi 1 kvadratmetr yaşayış sahəsinin qiymətini 225 manatdan az göstərmək mümkün olmayacaq. Bu gün heç kəsə sirr deyildir ki, tikinti yaşayış sahəsinin hər kvadratmetrinə çəkilən maya dəyəri təxminən Vergilər Nazirliyinin hazırda təyin etdiyi normaya, yəni 225 manata uyğundur. Aşağı deyil, bəlkə də bir az da yuxarıdır».


Ekspert deyir ki, inflyasiya şəraitində əhalinin daşınmaz əmlaka vəsait yatırması başadüşüləndir. «Tələbat da artanda yeni qiymətlər ortaya çıxır».


«İqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarda partiyanın sədri İlham Əliyevin əvəzsiz xidmətləri xüsusi vurğulanmalıdır». Şəkidə hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaranmasının 15 illiyi ilə bağlı tədbirdə belə fikirlər səslənib. «AzərTAc»ın yaydığı bu xəbər rəsmi qəzetləri səhifəsində yer alıb.


Dövlət qəzetləri yazır ki, tədbirdə çıxış edən şəkililər 2008-ci ilin payızında keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini deyiblər.



XS
SM
MD
LG