Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:56

«Atəşkəs olmasa, Qarabağla bağlı danışıqlar prosesi davam edə bilməz»


«İndi görünən odu ki, atəşkəsin pozulmasından əvvəlki «status-kvo» vəziyyət bərpa olunub»

«İndi görünən odu ki, atəşkəsin pozulmasından əvvəlki «status-kvo» vəziyyət bərpa olunub»

«Atəşkəs olmasa, Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlar prosesi davam edə bilməz. İndi atəşkəs rejimi bərpa olunduğundan mən prosesin davam edəcəyini rahatlıqla deyə bilərəm». Amerika Dövlət Katibinin köməkçisinin müavini, ATƏT-in Mİnsk qrupunun amerikalı həmsədri olan Metyu Brayza Yerevanda Ermənistan Xarici İşlər Naziri Vartan Oskanyanla görüşdən sonra belə deyib.


«İndi görünən odu ki, atəşkəsin pozulmasından əvvəlki «status-kvo» vəziyyət bərpa olunub. Hələ ki, nəyin baş verdiyini aydın deyə bilmirik. Ola bilsin heç vaxt da bilməyəcəyik. Bildiyimiz odu ki, hər iki tərəf birinə atəş açıb. Hər iki tərəf cavab atəşi açdığını deyir. Ola bilsin ki, heç bir tərəfin iddiası tam həqiqəti əks etdirmir».


Metyu Brayza bir daha Kosovo münaqişəsiylə Dağlıq Qarabağ problemi ətrafında paralellər aparmağın mümkün olmadığını vurğulayıb. Artıq yetərincə irəliləyiş əldə olunan danışıqları davam etdirməyin vacibliyini əlavə edib:


«Separatçı münaqişələrin tarixində Kosovo ayrı bir məqamdır. Onun özü xarakteri var. Dağlıq Qarabağda sülh prosesi başqa istiqamətdə inkişaf edib. Mən deyərdim ki, daha uğurlu yolla. Biz uğura tam nail ola bilməmişik, amma bu istiqamətdə xeyli nailiyyətlərimiz var. Bunu Kosovo barədə demək olmaz. Odur ki, biz Dağlıq Qarabağlı sülh prosesini davam etdirməliyik».


Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi ilə ATƏT-in Minsk qrupu 1992-ci ildən məşğuldur. Qrupun həmsədrləri bu vaxta kimi tərəflərə üç təklif təqdim ediblər. Onların heç biri qəbul olunmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG