Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:33

Azərbaycan NATO ölkələrindən dəstək istəyir


NATO Parlament Assambleyasının 68-ci «Rouz-Rout» seminarı, 6 mart 2008

NATO Parlament Assambleyasının 68-ci «Rouz-Rout» seminarı, 6 mart 2008

Azərbaycan NATO-ya üzv və tərəfdaş ölkələrdən BMT Baş Assambleyasında GUAM-ın irəli sürdüyü «dondurulmuş münaqişələr»lə bağlı layihəsinə dəstək olmağı istəyir.


Bu təklifi ölkə rəsmiləri Bakıda keçirilən NATO Parlament Assambleyasının 68-ci «Rouz-Rout» seminarında səsləndiriblər.


Xarici İşlər Nazirliyinin idarə rəisi Tofiq Musayev «Azadlıq» radiosuna deyib ki, Bakı Qarabağ münaqişəsinin həllində beş mərhələli sülh planına əsaslanır. Bunlar Azərbaycanın ərazi bütövlüyünün bərpası, münaqişə bölgəsində hərbi iştirakın tam aradan qalxması, Qarabağda demoqrafik vəziyyətin müharibədən əvvəlki proporsiya üzrə bərpası, regionun reablitasiyası və humanitar sahədə azərbaycanlı və erməni icmasının əməkdaşlığa başlamasıdır.


2007-ci ildə GUAM təşkilatı BMT Baş Assambleyasında Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişələri ilə bağlı qətnamə layihəsi irəli sürüb. Sənəd hər üç problemin ərazi bütövlüyü prinsipi ilə həllini nəzərdə tutur. Ermənistan bu layihəyə qarşıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG