Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Amerika atəşkəsin pozulmasından narahatlığını bildirib


Keysi ümid etdiyini bildirib ki, belə bir insident daha təkrar olmayacaq

Keysi ümid etdiyini bildirib ki, belə bir insident daha təkrar olmayacaq

Bu barədə Ağ evin sözçüsü Tom Keysi açıqlama verib. Məlumatda deyilir ki, ABŞ Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki qarşıdurmadan azı 16 nəfərin ölməsindən narahat olub.


Keysi ümid etdiyini bildirib ki, belə bir insident daha təkrar olmayacaq. Məlumatı «Röters» agentliyi yayıb.


Keysi onu da deyib ki, öz müstəqilliyini elan edən Kosovo Dağlıq Qarabağ üçün nümunə ola bilməz. Ağ ev rəsmisinin fikrincə, bu məsələnin qeyri-hərbi yolla həlli variantı var, bu diplomatiya ilə yoluna qoyulası prosesdir.


Atəşkəs martın 4-ü səhər tezdən pozulub, gecəyə qədər davam edib. Tərəflər itki barədə müxtəlif rəqəmlər verirlər. Azərbaycanın Müdafiə Nazirliyi deyir ki, Azərbaycan 12 erməni hərbçisi ölüb, 15-i yaralanıb, Azərbaycan tərəfi dörd əsgər itirib. «Röyter»sin məlumatına görə, erməni tərəfi deyir ki, döyüşdə Azərbaycan səkkiz hərbçisini itirib, iki erməni əsgəri həlak olub. Prezident Koçaryan isə martın 5-də jurnalistlərə bildirib ki, Ermənistan ordusunun yalnız iki hərbçisi xəsarət alıb, itki yoxdur.


XS
SM
MD
LG