Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43

ABŞ Azərbaycanda xüsusi laboratoriya şəbəkələri quraşdırır


Bu laboratoriyalar 44 təhlükəli xəstəliyin qarşısının alınmasına xidmət edəcək

Bu laboratoriyalar 44 təhlükəli xəstəliyin qarşısının alınmasına xidmət edəcək

Amerika Azərbaycanda bioloji xəstəliklərin azaldılması və onların yayılmasının qarşısının alınması üçün xüsusi laboratoriya şəbəkələri quraşdırır. İndiyədək iki rayonda - Saatlı və Sabirabadda belə sistemlər istifadəyə verilib. Hazırda isə Qubada laboratoriya şəbəkəsini quraşdırmaq məsələsi müzakirə olunur.


Bu barədə Dövlət Baytarlıq Xidmətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Eldəniz Zeynalov məlumat verib. O, deyib ki, bu laboratoriyalar 44 təhlükəli xəstəliyin, o cümlədən qara yara, «quş qripi», vərəm və dabaq kimi xəstəliklərin aşkarlanmasına, monitorinqinə və qarşısının alınmasına xidmət edəcək.


Hazırda Bakıda ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə beynəlxalq görüş keçirilir. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukrayna nümayəndələri Birləşmiş Ştatlarla birlikdə bölgədə bioloji təhlükələrin qarşısını almaq üzərində işləyirlər.


ABŞ son iki ildə Azərbaycanda «quş qripi», vərəm kimi xəstəliklərin yayılmasından narahatlığını bildirib.


Ümumdünya Səhiyyə Təşkilatının bugünlərdə yaydığı yeni hesabatda deyilirdi ki, dərmanlara müqavimətli vərəm xəstəliyinin ən yüksək göstərici Azərbaycanın paytaxtı Bakıda qeydə alınıb. Burada vərəmə yoluxan xəstələrin təxminən dördə birinin (22.3 faiz) bu xəstəlikdən əziyyət çəkdiyi bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG