Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:52

Akademiyada yanğın olub. Bir akademik ölüb


Akademikin kəskin boğucu iylərdən boğularaq vəfat etdiyi bildirilir
Akademikin kəskin boğucu iylərdən boğularaq vəfat etdiyi bildirilir

Martın 5-də saat 12 radələrində İnformasiya və Texnologiya İnstitutunun yeddinci mərtəbəsində yanğın baş verib. Yanğın həmin mərtəbədə olan Şamaxı Astrofizika Rəsədxanasının Bakı ofisində olub. Nəticədə akademik Hacıbəy Sultanov vəfat edib. Bunu «Azadlıq» radiosuna İnformasiya və Texnologiya İnstitutunun direktoru Rasim Əliquliyev deyib:


«Çox təəssüflər olsun ki, rəsədxananın Bakı ofisində çalışan akademik Hacıbəy Sultanov kəskin boğucu iylərdən boğularaq vəfat edib. O, yanğından yox, məhz boğucu iydən ölüb. Çünki bizə deyilənlərə görə, onun meyitində yanğın əlamətləri olmayıb».


Rasim Əliquliyev bildirir ki, yanğın böyük bir hissəni əhatə etməyib. Ancaq buna baxmayaraq bina boşaldılıb.


Yanğının baş vermə səbəbləri araşdırılır.


Hadisə zamanı vəfat edən akademik Hacıbəy Sultanov 1921-ci ildə anadan olub. O, fizika-riyaziyyat elmləri doktoru və Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri idi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG