Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

Dmitri Medvedevin yaxın vaxtlarda Azərbaycana səfəri gözlənilir


Yeni seçilmiş Rusiya prezidenti Dmitri Medvedev yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bunu martın 5-də keçirdiyi mətbuat konfransında Rusiya səfiri Vasili İstratov məlumat verib.


Diplomat deyib ki, Medvedevi dövlət başçısı seçilməsi münasibəti ilə telefonla təbrik edən prezident İlham Əliyevi onu Azərbaycana səfərə çağırıb: «Dəvət qəbul olunub, amma konkret tarix barədə danışmaq hələ tezdir. Medvedev Bakıda olub və regionun özünəməxsus xüsusiyyətlərindən yaxşı baş çıxarır».


Martın 2-də Rusiyada keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin varisi Dmitri Medvedev 70 faizdən çox səs toplayaraq qalib gəlib.


XS
SM
MD
LG