Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:27

«Neft fontan vurmur, rekord vurur»


«Dolların qiymətinin düşməsi fonunda neftin qiyməti durmadan artır»
«Dolların qiymətinin düşməsi fonunda neftin qiyməti durmadan artır»

«Dolların qiymətinin düşməsi fonunda neftin qiyməti durmadan artır. Martın 3-də dünya neft birjasında yeni rekord əldə edilib. Ekspertlər isə 2011-ci ilə qədər qiymətlərin daha 2 dəfə artacağını bildirirlər». Bu barədə «Gün səhər» yazıb.


«İki gün öncə Nyu-York birjasında bir barrel neftin qiyməti 103 dollar 95 sentə qədər qalxıb. Analitiklər qeyd edirlər ki, dəyəri dollarla ölçülən neftin qiymətinin qalxmasının əsas səbəbi ABŞ valyutasının kursunun düşməsi ilə bağlıdır. Bu isə öz növbəsində neft oyunçularının əlində qiyməti qaldırmaq üçün əsasa çevrilir. Bundan əlavə, OPEC-in «qara qızılın» qiymət artımını dayandırmaq üçün istehsalı qaldıracağına olan ümidlər də özünü doğrultmur.


Avropa Komissiyasının enerji üzrə komissarı Andris Piebalqs isə 2011-ci ildə neftin qiymətinin 200 dollara qədər qalxacağını istisna etmir: «Bu, fantastika deyil, hadisələrin mümkün inkişafıdır. Mən 2004-cü ildə komissar təyin ediləndə neftin bir barreli 52 dollar idi. Üç il ərzində qiymət iki dəfə qalxıb. 2011-ci ildə bir barrelin 200 dollara kimi yüksələcəyini istisna etmək olmaz. Qiymətin 100 dollara qalxacağını deyəndə də çoxları bunu zarafat kimi qəbul edirdi».


Rəsmi dövlət qəzetləri prezidentin regionlara səfərinə geniş yer ayırıb. İlham Əliyev Xanlar şəhərində Heydər Əliyevin abidəsinin açılış mərasimində deyib: «Bizim hamımızın məqsədi odur ki, Azərbaycan güclü dövlət olsun, Azərbaycan vətəndaşları yaxşı yaşasınlar. Azərbaycan öz siyasi və iqtisadi maraqlarını tam şəkildə təmin edə bilsin və bölgədə çox möhkəm mövqelərə malik olsun. Biz bunu artıq görürük. Artıq Azərbaycan yerləşdiyi bölgədə söz sahibidir. Biz böyük layihələrin, böyük işlərin təşəbbüskarıyıq. Bütün regional layihələrdə, regional əməkdaşlıq məsələlərində fəal iştirak edirik. Bir çox hallarda bu əməkdaşlığın inkişafı üçün təşəbbüslər göstəririk və bizim rolumuz həm bölgədə, həm də dünyada yüksək dərəcədə qiymətləndirilir və bölgədə lider dövlət kimi Azərbaycanın mövqeləri günü-gündən möhkəmlənir». Bunu «Respublika» qəzeti yazıb.


Millət vəkili «Üç nöqtə»yə deyib ki, «məhbuslarla bağlı ən böyük problem işsizlikdir».


«Əgər bir məhkum insan bilsə ki, onunla maraqlanan, qayğısına qalan qurum var, bilsə ki, həbsdən çıxandan sonra ev şəraitinin, mənzilinin olmamasına baxmayaraq, sosial reabilitasiya mərkəzlərində ən azı bir ilə kimi müvəqqəti sığınacaq əldə etmək şansı var, bu zaman o, yenidən cinayət törətməyə məcbur olmayacaq və bununla da bir növ cəmiyyətə qovuşacaq, inteqrasiya olunacaq. Yəni biz ən azı bu sosial reabilitasiya mərkəzləri vasitəsilə həmin məhbus həyatı yaşamış şəxsə və şəxslərə əl tutmuş oluruq».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG