Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

«NABUCCO təhlükə qarşısındadır»


«Azərbaycan NABUCCO ilə bağlı niyyətlərini siyasi rəhbərlik səviyyəsində bəyan edib»

«Azərbaycan NABUCCO ilə bağlı niyyətlərini siyasi rəhbərlik səviyyəsində bəyan edib»

«Azərbaycan «Şahdəniz» qazını NABUCCO ilə göndərib-göndərməyəcəyinə dair qərar verməlidir». Bunu «Azadlıq» radiosuna müsahibəsində Türkiyənin BOTAŞ şirkətinin xarici layihələr üzrə direktoru Emre Engür deyib.


Onun sözlərinə görə, ARDNŞ və yatağın digər ortaqları bu barədə hələ konkret qərar verməyiblər:


«Qaz hara gedəcək? Avropaya, başqa yerlərə, yoxsa Azərbaycanın öz daxilində istifadə olunacaq. Buna mütləq qərar vermək lazımdır. Avropaya gedəcəksə, Türkiyə torpaqlarından istifadə olunacaq. Bu zaman əlbəttə biz özümüzə uyğun və məntiqli gəlirlər qazanmaq istəyirik».


Bununla belə, Türkiyə şirkətinin rəsmisi deyir ki, hələ ortada heç bir «bazarlıq» yoxdur. Amma əgər Azərbaycan NABUCCO marşrutundan istifadə etmək istəyirsə, Türkiyəyə də bu kəmərlə satacağı qazın qiymətində güzəştlər etməlidir:


«Avropa Azərbaycandan üç min kilometr uzaqdır, Türkiyə isə 700-800 kilometr. İndi Türkiyəyə də Avropa qiymətində qaz satmaq bizim üçün mümkün olmayacaq bir şeydir».


Martın 4-də Bakıda danışıqlar aparan Amerika Dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib ki, Türkiyə ilə Azərbaycan «Şahdəniz» məsələsində kommersiya problemlərini həll etməlidirlər.


Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə isə son həftələr ABŞ-ın NABUCCO ilə bağlı narahatlıqları başa düşüləndir. Çünki bu marşrutun alternativi olan «Cənub Axın» layihəsini Rusiya artıq inkişaf etdirib. NABUCOO isə ekspertə görə, təhlükə qarşısındadır və bir qədər də vaxt itirilsə, tamamilə gündəmdən çıxa bilər.


Amma İlham Şabanın sözlərinə görə, Türkiyənin mövqeyi normaldır. Bu ölkə milli maraqlarından çıxış edir və ərazisindən Azərbaycan qazının keçməsi üçün yaxşı tranzit tarifi istəyir. Ekspertə görə, Bakı bu məsələdə özünə manevr imkanı saxlamayıb:


«Azərbaycanın başqa çıxışı yoxdur axı. Ona görə də bu cür riskli kommesriya məsələlərinini minimuma endirmək üçün Azərbaycan eyni vaxtda Rusiya ilə danışıqlar aparmalı idi. 2013-cü ildən «Cənub Axın» kəməri ilə Azərbaycan qazının bir hissəsinin Avropa bazarına çıxarılması məsələsini gündəmə gətirməli idi. Bu addım ona imkan verərdi ki, hər iki tərəfdən manevr imkanlarını artırsın və özü üçün sərfəli şərtlər qəbul etdirə bilsin».


Hələlik Azərbaycan tərəfi bu məsələlərin heç birinə cavab vermək istəmir. Dövlət Neft Şirkətindən deyirlər ki, Azərbaycan NABUCCO kəməri ilə bağlı niyyətlərini siyasi rəhbərlik səviyyəsində bəyan edib. Və texniki məsələlərdə də «alver etmək fikrində deyil».


Günün bütün mövzuları

XS
SM
MD
LG