Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

Azərbaycan «ən yaxşı elektron hökumət» reytinq-cədvəlində 89-cu sıradadı


192 ölkəni əhatə edən reytinq-cədvəldə ilk üç yeri Skandinaviya dövlətləri tutub
192 ölkəni əhatə edən reytinq-cədvəldə ilk üç yeri Skandinaviya dövlətləri tutub

Azərbaycan «ən yaxşı elektron hökumət» reytinq-cədvəlində 89-cu sıradadı. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı hesabatda Azərbaycan Rusiya, Ukrayna və Belorusdan geri qalsa da, Ermənistan və Gürcüstanı qabaqlayır. BMT-nin açıqlamasında bildirilir ki, Azərbaycanın reytinqdə aşağı yer tutmasına dövlətin vətəndaşa göstərdiyi elektron xidmətin zəif inkişafı səbəb olub.


Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyir ki, bu göstərici heç də aşağı deyil. Belə ki, Azərbaycan 2005-ci ildə BMT-nin reytinq-cədvəlində 101-ci yerdə qərar tutub: «Bu sahədə dinamik inkişaf var. Həmin hesabatda ötən il prezident saytının yenilənməsi və vətəndaşların prezidentə internet vasitəsilə məktub göndərmək imkanı müsbət hal kimi göstərilir».


Nazir müavini elektron xidmətin səviyyəsinin qaldırılması istiqamətində işlər aparıldığını bildirir.


Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə hesab edir ki, ölkədə elektron hökumətin qurulmasında inkişaf hiss olunsa da, onun dinamikliyi barədə danışmaq hələ tezdir. Onun fikrincə, nazirliklərin internet saytı olsa da, bəziləri işlək deyil.


192 ölkəni əhatə edən reytinq-cədvəldə ilk üç yeri Skandinaviya dövlətləri tutub.


2005-ci ildə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafıyla bağlı Dövlət Proqramı qəbul edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG