Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:28


Martın 4-ü səhər tezdən Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində -Tərtər və Goranboy rayonu istiqamətində atəşkəs pozulub.


Müdafiə Nazirliyindən «Turan»a bildiriblər ki, atışma nəticəsində iki nəfər həlak olub. Müstəqil mənbələr ölən əsgərlərin dörd nəfər olduğunu bildirsə də, hələlik Müdafiə Nazirliyi itkilər və atışmanın təfərrüatları barədə məlumat vermir.


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, hazırda Tərtər rayonu istiqamətində atışma davam edir. O, məsələ ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.


Atəşkəsin pozulmasına görə hələlik tərəflər bir-birini ittiham edirlər.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan atəşkəsin pozulmasını təsdiqləyib və bunda Azərbaycan tərəfini günahlandırıb.


Eldar Sabiroğlu isə Vartan Oskanyanı dünya ictimaiyyətini aldatmaqda təqsirləndirir. Onun dediyinə görə, atəşkəsi erməni tərəfi pozub.





Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə «Azadlıq» radiosuna bildirib ki, Ermənistan Azərbaycanı təxribata çəkir: «Onlar atəş açmaqla bizi cavab verməyə məcbur ediblər. Ermənistan öz daxili vəziyyətindən ictimai diqqəti yayındırmaq üçün belə təxribata əl atır. Bu, həm də danışıqlar prosesinə təsir göstərir».


Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG