Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

«NABUCCO ilə bağlı problem kommersiya məsələsidir»


«Kosovoda olanlar faciədir. Deyə bilmərəm ki, Qarabağda baş verənlər də faciə deyil»

«Kosovoda olanlar faciədir. Deyə bilmərəm ki, Qarabağda baş verənlər də faciə deyil»

«Azərbaycan və Türkiyə NABUCCO ilə bağlı razılaşma əldə etməlidirlər. Artıq bu məsələni həll etməyin vaxtıdır». Bakıda səfərdə olan ABŞ-ın dövlət katibi müavininin köməkçisi Metyu Brayza martın 4-də belə deyib.


Diplomat bildirib ki, həm Ankaranın, həm də Bakının məsələ ilə bağlı mövqeləri düzgündür. Buna görə də razılaşma əldə etmək çətindir. Brayza müzakirə olunan detallar barədə məlumat verməyib.


Mətbuat yazır ki, hazırda Ankara ilə Bakı arasında qazın Türkiyə ərazisindən tranziti ilə bağlı anlaşılmazlıq yaranıb. Bu, qazın tranziti müqabilində nə qədər vəsait ödənilməsi ilə bağlıdır.


Amerikalı diplomat deyib ki, o, ölkə rəsmiləri ilə görüşlərində transxəzər qaz kəməri də daxil olmaqla enerji əməkdaşlığının müxtəlif istiqamətləri, demokratiya və iki tərəfləri əməkdaşlığın digər istiqamətləri müzakirə ediləcək. «Hesab edirik ki, islahatları sürətləndirmək lazımdır»-, deyə Brayza bildirib.


Qarabağ danışıqlarına toxunan diplomat deyib ki, danışıqlar prosesi Ermənistandakı siyasi vəziyyət sakitləşəndən sonra davam edəcək. Hazırda Yerevanda hadisələr gərginləşdiyindən Brayza nəticə çıxarmağın çətin olduğunu söyləyib. Dövlət Departamentinin rəsmisi Bakıdan sonra Yerevana da gedəcək.


Metyu Brayza Kosovonun müstəqillik elan etməsindən sonra yaranmış situasiyaya da münasibətini bildirib: «Hər münaqişənin öz fərqləri var. Kosovoda baş verənlər faciədir. Amma mən deyə bilmərəm ki, Qarabağda baş verənlər də faciə deyil».


Amerikalı diplomat hazırda Azərbaycan Xarici İşlər Nazirliyində danışıqlar aparır.


***


«Məsələ kommersiya məsələsidir». Bunu ABŞ Dövlət katibi müavininin köməkçisi Metyu Brayza Xarici İşlər Nazirliyində danışıqlardan sonra NABUCCO kəməri ilə bağlı yaranmış problemi «Azadlıq» radiosuna şərh edərkən bildirib.


O, bir daha deyib ki, həm Türkiyənin, həm də Azərbaycanın dövlət neft şirkətləri - BOTAŞ və ARDNŞ mövqelərində haqlıdırlar: «Çox vacibdir ki, tərəflər tranzit məsələsində dil tapsınlar. Mən əminəm ki, bu, baş verəcək».


Brayza onu da deyib ki, nazir Elmar Məmmədyarovla danışıqlarında Dağlıq Qarabağı müzakirə etməyib. Bununla belə, görüşdə Azərbaycan, Gürcüstan və Ermənistandakı daxili proseslər, eləcə də təhlükəsizlik məsələlərindən danışılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG