Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:00

«Müxalifətin seçki hazırlığı məni qane etmir»


Pənah Hüseyn seçkidən sonra yeni siyasi təşkilatların yaranacağını istisna etmir
Pənah Hüseyn seçkidən sonra yeni siyasi təşkilatların yaranacağını istisna etmir

Bu fikri «Yeni Müsavat»a müsahibəsində millət vəkili Pənah Hüseyn bildirib. «Ölkədə seçkidə seçki hazırlığı, demokratik seçki kampaniyası aparmaq üçün normal vəziyyət, şərait də yoxdur. O baxımdan mən hər şeyin itirildiyi və yaxud zamanın da iş görülməsinə kifayət etməyəcəyini də düşünmürəm. Çünki bir qayda olaraq seçki illərinin qrafikinə fikir versək, ya seçki kampaniyası dövründə fəallıq artır, yaxud o ərəfədə müəyyən addımlar atılır. Bu baxımdan hesab edirəm ki, hər halda kifayət qədər vaxt var».


Pənah Hüseyn deyir ki, o, diqqətin 2008-ci il seçkilərindən yayındırmamaq xəttinin tərəfdarıdır: «Eyni zamanda həm seçki kampaniyası dövründə, həm də seçkidən sonra onun nəticəsindən asılı olmayaraq, Azərbaycanda yeni siyasi təşkilatlanma mərhələsinin başlanacağı qənaətindəyəm. Bu, siyasi partiya formasında olmaya bilər. Artıq müəyyən təşəbbüslər də var. Lakin hələlik yalnız seçki məsələsindən diqqəti yayındırmamaq üçün bu proses aşkar olmayan şəkildə davam etdirilir. Ermənistan təcrübəsi nəzərə alınmalıdır. Amma bizim üçün bir model rolunu oynaya bilməz. Güman etmirəm ki, həmin proseslər Azərbaycanda eyni şəkildə təkrar olunacaq. Ermənistandakı son hadisələr bir qədər başqa formada 2003-cü ildə Azərbaycanda yaşanıb. Yəni Ermənistan 2008-ci ildə Azərbaycanın 2003-cü ildə keçdiyi dövrü keçirdi. Məncə, artıq 2007-ci ildən başlayaraq Azərbaycanda iqtidar üçün obyektiv olaraq sosial-iqtisadi problemlər dövrü başlanıb. Bu problemlər kəskinləşməkdə davam edəcək və 2010-2013-cü illərdə kulminasiya həddinə çatacaq. Sonra isə böhran dövrünün açıq formada ortada olması gözlənilir. Azərbaycan siyasi müxalifəti də bu dövrə hazırlanmalıdır».


İran prezidenti Mahmud Əhmədinejatın İraqa ilk rəsmi səfəri Azərbaycan qəzetlərinin də diqqət mərkəzindədir. «Ekspress» yazır ki, «1979-cu ildə İranda İslam inqilabı qalib gələndən sonra Bağdada ayaq basan ilk iranlı dövlət başçısı olan M.Əhmədinejatın səfəri artıq tarixi adlandırılır. Bağdadda olarkən İraq prezidenti Cəlal Təlabani və baş nazir Nuri əl Maliki ilə danışıqlar aparan İranın dövlət başçısı daha sonra iraqlı şiələri lideri ayətulla Sistani ilə görüşüb.


Apardığı danışıqlar zamanı bir çox məsələlərə toxunan M.Əhmədinejat bildirib ki, İran, İraq və Türkiyə kürdlərin terrorçu PKK və PJAK təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.


İraq rəhbərliyi ilə danışıqların nəticəsi kimi 7 anlaşma imzalandığını vurğulayan İran prezidentinin səfəri ABŞ-a da sərfəlidir. Ağ Ev hesab edir ki, İranın İraqdakı situasiyaya ciddi təsir imkanlarını nəzərə alaraq, bu ölkədəki durumu Birləşmiş Ştatlardakı prezident seçkiləri öncəsi az da olsa, normallaşdırmaq mümkündür».


Prezidentin martın 3-də Gəncə və bir sıra ətraf rayonlara səfəri rəsmi dövlət qəzetlərində geniş işıqlandırılıb. Parlamentin orqanı olan «Azərbaycan» prezidentin əhali ilə görüşlərində səsləndirdiyi bir fikrə xüsusi toxunub. Prezident deyib ki, «Azərbaycan sənayesinin inkişafında yeni dövr başlanır». Dövlət başçısı bu sözləri Gəncə polad kompleksinin və Det-al alüminium zavodunun təməlqoyma mərasimində çıxışında deyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG