Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:11

«Medvedev Azərbaycanla münasibətləri çox gözəl bilən adamdır»


Azərbaycan Rusiyanın yeni rəhbərliyi ilə əlaqələrinin daha da inkişafına çalışacaq. Bunu martın 3-də Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim bildirib.


Martın 2-də Rusiyada prezident seçkisi keçirilib. Rəsmi nəticələrə görə, namizədlərdən hazırkı Baş nazirin müavini Dimitri Medvedev böyük fərqlə irəlidədir.


X.İbrahim deyib ki, Medvedev Azərbaycanla münasibətləri çox gözəl bilən adamdır. Buna görə də Bakı seçkinin nəticəsindən razıdır: «Növbəti prezidentin vaxtında münasibətlərimizin daha da inkişaf etdirilməsinə istiqamətlənmiş səylər göstərəcəyik. Biz əlaqələrin daha yüksək səviyyəyə qalxacağına əminik».


Bununla belə, XİN rəsmisi Rusiyanı misal gətirərək, bəzi ölkələrdə azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyin olduğunu xatırladıb. Amma onun sözlərinə görə, bu, dövlət siyasəti deyil.


XS
SM
MD
LG