Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

«Ermənistanda baş verənlər Qarabağ danışıqları üçün həssaslıq doğurur»


Ermənistanda baş verən son hadisələr Qarabağ danışıqları üçün həssaslıq doğurur. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim keçirdiyi həftəlik mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, Azərbaycan Ermənistandakı daxili proseslərə qarışmaq istəmir: «Amma burada həssas məsələ var. Çünki Ermənistan bizim ərazilərimizin tutarlı hissəsini işğal edib. İstəməzdik ki, oradakı hadisələr Qarabağ danışıqlarına təsir göstərsin».


Xəzər İbrahim həmçinin deyib ki, Azərbaycan Ermənistanda yaranmış qarışıqlıqdan istifadə etmək niyyətində deyil.


XİN rəsmisi Ermənistan prezidenti Robert Koçaryanın payıza qədər Azərbaycanla danışıqlara fasilə veriləcəyi barədə bəyanatına da münasibət bildirib. Bakı Yerevanı müzakirələri davam etdirməyə çağırır.


Ermənistanda fevralın 19-da keçirilmiş prezident seçkisindən narazı qalanların etiraz aksiyası martın 1-də və 2-də zorla dağıdılıb. Ölkədə fövqəladə vəziyyət elan olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG