Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Seçkinin total saxtakarlıqla keçdiyi xəbər verilir


«Məntəqə üzvləri yaşlı və pis görən şəxslərin «lazımlı namizədə» səs verməsinə kömək edirlər»
«Məntəqə üzvləri yaşlı və pis görən şəxslərin «lazımlı namizədə» səs verməsinə kömək edirlər»

Rusiyada martın 2-də keçirilən prezident seçkiləri çoxsaylı qanun pozuntuları ilə müşahidə olunur.


Prezident seçkilərinin monitorinqini aparan müşahidəçilər deyirlər ki, bəzi seçki məntəqələrində onların işinə mane olurlar. Rusiyada müstəqil müşahidəçi «Qolos» təşkilatının rəhbəri Liliya Şibanova deyir ki, seçkidə artıq zorakılıq müşahidə olunur.


«Qolos» Rusiyanın 40-a yaxın regionunda müşahidələr aparır. Təşkilatın Moskvadakı mətbuat mərkəzindəki «qaynar xətt»ə pozuntularla bağlı zənglər daxil olur.


Sank-Peterburqda keçən duma seçkilərində olduğu kimi «Vətəndaş səsi» («Qrajdanskiy qolos») qəzetinin müxbirləri seçki məntəqələrindən hər hansı səbəb göstərilmədən çıxarılıblar. Burada seçki komissiyalarına hüquq-mühafizə orqanlarının müdaxiləsi barədə şikayətlər gəlir.


Böyük pozuntulardan biri Həştərxanda qeydə alınıb. Məntəqə sədri bildirib ki, jurnalistlərin buraxılmaması ilə bağlı onlara göstəriş verilib. Seçki komissiyasının əməkdaşları jurnalistləri «təxribatçılar» adlandırıb. Media işçilərinin seçkin müşahidə etmək hüquqlarının notarial qaydada təsdiq edilməsinə baxmayaraq bu vəziyyəti dəyişməyib.


Voronejdə 908 saylı məntəqənin üzvləri yaşlı və pis görən adamların «lazımlı namizədə» səs vermələrinə köməklik göstərirlər.


Bəzi müxalifət liderləri də artıq indidən seçkilərin total saxtakarlıq və pozuntularla keçdiyini deyillər.


Ekspertlərin fikrincə isə seçkidə indiki prezident Vladimir Putinin varisi Dmitri Medvedevin qalib gələcəyi gözlənilir. Sorğuların nəticələrinə görə 42 yaşlı Medvedev səslərin 60 faizinə yaxını toplaya bilər.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG