Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11

«Seçki kampaniyasına 1 milyard dollar!»


Hakimiyyət iki əsas şüardan istifadə etməyi düşünür: «İnamla İrəli!» və «İlhamla İrəli!»...

Hakimiyyət iki əsas şüardan istifadə etməyi düşünür: «İnamla İrəli!» və «İlhamla İrəli!»...

«Gün səhər» qəzeti:


…«Gün səhər»ə sızan məlumata görə, hakimiyyət öz namizədinin seçki kampaniyasına 1 milyard ABŞ dolları ayırmağı planlaşdırır. Bu işin təşkili və maliyyənin tapılması isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova tapşırılıb.


Plana görə, kampaniyanın əsas ünsürləri ötən dəfə seçkilərdə olduğu kimi, bütün regionlara səfərlər, əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial durumunun yaxşılaşdırılması istiqamətində addımlar atılması, yeni media quruluşlarının yaradılması və mövcud belə qurumlardan daha geniş istifadə edilməsi, xaricdə, xüsusilə demokratik ölkələrdə lobbiçilik fəaliyyətinin təşkili və başqa gərəkli addımlar olacaq.


Mənbə bildirir ki, kampaniya zamanı hakimiyyət öz namizədinin təbliği üçün iki əsas şüardan istifadə etməyi düşünür: «İnamla İrəli!» və «İlhamla İrəli!»...



«Azadlıq» qəzeti:


Fevralın 29-da Beynəlxalq Mətbuat Mərkəzində narazı həkimlərdən bir qrupu, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 6 saylı Köməkçi Stansiyasının həkimləri mətbuat konfransı keçiriblər…


Həkim Vaqif Zeynalov deyib ki, əmək haqları yanvarın 1-dən 100 faiz artırılsa da, onların maaşı rəsmi sənədlərdə göstərildiyindən 50 faiz az verilir.


Həkim Azər Qədiməliyev isə dərman təminatından və onlardan əlavə pul yığıldığından danışıb. Deyib ki, hər ay tibb işçilərindən 5 manat fond pulu yığılıb.


Həkimlərin tədbirini pozmaq üçün öncədən BMM-ə təşrif buyuran Bakı şəhər Baş Səhiyyə Idarəsinin rəis müavini Cəfər Əhmədov isə elə ordaca deyilənləri təkzib etməyə çalışıb. Cəfər Əhmədov deyib ki, «maaşlar 100 faiz yox, iki misli qaldırılıb. İşçi ilə əmək müqaviləsi bağlanır və hər həkimə bir ştat vahidinə görə maaş verilir. Qalan artım isə müəssisə rəhbərinin işçi ilə əmək münasibətlərinə görə tənzimlənir»…



«Yeni Müsavat» qəzeti:


Azərbaycanda paytaxtın köçürülməsi ideyası deyəsən gerçəkləşməkdədir.


«Yeni Müsavat»ın Dəvəçidəki mənbələrdən aldığı xəbərə görə, artıq bir neçə gündür ki, rayonun Çölquşçu, Çayqaraqaşlı və Acıqaraqaşlı kəndləri ərazisində əcnəbi və yerli mütəxəssislər monitorinq aparır, relyef quruluşunu öyrənirlər. Kəndlərdə söz-söhbət yayılıb ki, bu ərazidə yaşayanlar yaxın aylarda başqa yerə köçürüləcək, ev və torpaq, habelə əlavə kompensasiya ilə təmin ediləcəklər.


Mənbənin dediyinə görə, dənizin bir neçə yüz metrliyində yerləşən bu ərazidə 160 min nəfərin yaşayacağı şəhərin salınması nəzərdə tutulur. Bu şəhərdə dövlət binaları və 5 ulduzlu bir neçə otelin tikiləcəyi bildirilir…


«525-ci qəzet»ə açıqlama verən Milli Məclisin Ərazi idarəetmə komissiyasının sədri Arif Rəhimzadə də yayılan söz-söhbəti qismən təsdiqləyib.


Arif Rəhimzadə bildirib ki, ola bilsin belə bir ehtiyac yaransın və paytaxt Bakıdan başqa bir bölgəyə köçürülsün.


XS
SM
MD
LG