Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:20

Naxçıvanda internet klublarına yenidən qadağa qoyulub


Təxminən bir ay əvvəl də Naxçıvanda internet klubları bağlanmışdı

Təxminən bir ay əvvəl də Naxçıvanda internet klubları bağlanmışdı

Naxçıvan Muxtar Respublikasında (NMR) internet klubların fəaliyyəti yenidən məhdudlaşdırılıb. Fevralın 29-u səhər saatlarından Muxtar Respublikada internet klub sahiblərindən qeyri-rəsmi bu klubları bağlamaq tələb olunub. Hazırda Naxçıvanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında fəaliyyət göstərən internet mərkəzindən başqa heç bir klub işləmir.


İnternet klublarının sahibləri «Azadlıq» radiosuna bildiriblər ki, bağlanmağa səbəb kimi yenə də qeyri-rəsmi olaraq gənclərin lazımsız veb səhifələrdən istifadə etməsi göstərilib.


Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətindən isə bildiriblər ki, onlar məsələdən xəbərsizdirlər: «Ola bilsin ki, bu, dövlət səviyyəsində həyata keçirilən bir tədbirdir».


Təxminən bir ay əvvəl də Naxçıvanda internet klubları bağlanmışdı. Həmin vaxt yerli hökumət buna əsas səbəb kimi elektrik enerjisi qıtlığını göstərmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG