Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:17

Siyasi məhbus hesab edilən iki nəfər azad edildi


«Yeni Fikir» Gənclər hərəkatının sədr müavini Ramin Tağıyev 2005-ci ildə həbs edilib
«Yeni Fikir» Gənclər hərəkatının sədr müavini Ramin Tağıyev 2005-ci ildə həbs edilib

Adları hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında olan 2 nəfər-keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Səxavət Hümbətov və «Yeni Fikir» Gənclər hərəkatının sədr müavini Ramin Tağıyev azadlığa buraxılıb. Onların azadlığa buraxılması barədə məhkəmə qərarı fevralın 27-də çıxarılıb. Bu barədə «Azadlıq» radiosuna Penitensiar Sistemin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib.


Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, Ramin Tağıyev onsuzda cəzasının çoxunu çəkmişdi. Əslində o, əfv fərmanı ilə da azad edilə bilərdi. Onun fikrincə, hakimiyyət Ramin Tağıyevi sonradan onun Avropa Məhkəməsində bəraət almaması üçün azad edib.


Hüquq müdafiəçiləri və dövlət rəsmilərinin daxil olduğu işçi qrupunun üzvü Səidə Qocamanlı isə deyir ki, onlar Səxavət Hümbətov və digər xəstə məhbusların həbsdən azad edilməsi məsələsini dəfələrlə müzakirə ediblər.


Onun sözlərinə görə martın 13-də Strasburqda Azərbaycana siyasi məhbuslar üzrə həmməruzəçi təyin olunması məsələsinə baxıla bilər. Səidə Qocamanlı deyir ki, həmin vaxtadək başqa məhbusların da azad edilməsinə çalışacaqlar.


Ramin Tağıyev 2005-ci ilin yayında dövlət çevrilişinə cəhdə ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Dövlət çevrilişinə cəhdlə yanaşı, vətənə xəyanətdə də günahlandırılan Səxavət Hümbətov isə 1996-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG