Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

55 yaşlı Putin 42 yaşlı Medvedevi həmişə öz himayəsinə alıb


«Bu iki şəxs arasında konflikt olmamalıdır, ancaq hakimiyyət qəribə şeydir»

«Bu iki şəxs arasında konflikt olmamalıdır, ancaq hakimiyyət qəribə şeydir»

Bu həftə Hillari Klintonla Barak Obama arasında son teledebatda aparıcı Klintondan soruşub ki, Putinin öz yerinə qoymaq istədiyi şəxs kimdir? Hillari Klinton deməyə varisin adını xatırlaya bilməyiğb.


Doğrudanmı bu bazar günü Rusiyadakı seçkilərdə prezidentliyə ən real namizəd Dmitri Medvedevi belə pis tanıyırlar ki, hətta Amerika prezidentliyinə demokrat partiyasından ən real namizədlərdən olan Hillari Klinton da onun adını dəqiq bilmir?


«Azadlıq» radiosunun Rusiya müxbiri Klo Arnold Sankt-Peterburqun, Medvedevin anadan olduğu, orta məktəbi qurtardığı Kupçino rayonuna gedib və orada onu xatırlayan kimsə tapmayıb. Şəhərin ən geridə qalmış rayonlarından olan Kupçino bir yerli pensiyaçının dediyi kimi son 30 ildə dəyişməyib, küçələr narkomanla doludur.


Orta məktəbdən sonra universitetin hüquq fakültəsinə daxil olan Medvedev sanki başqa bir aləmə düşüb və universiteti bitirdikdən sonra burda Roma hüququndan dərs deyib.


Bundan bir az sonra onu Vladimir Putin, mer müavini olduğu Sankt-Peterburqun icra hakimiyyətinə dəvət edib və bundan sonra onların möhkəm dostluğu yaranıb. Putin Moskvaya yeni işə keçəndə də Medvedevi özü ilə aparıb.


2000-ci ildə Putin prezidentlik yarışına qatılanda məhz Medvedevdən onun seçki kampaniyasına başçılıq etməyi xahiş edib. Bundan sonra Putin prezident aparatına rəhbərliyi də məhz Medvedevə təklif edir, hökumətin «Qazprom»dakı təmsilçisi də Medvedev olur.


İndiyə kimi Putinlə Medvedev arasında münasibətlər çox yaxşı olub. 55 yaşlı Putin 42 yaşlı Medvedevi həmişə öz himayəsinə alıb. İndi Rusiya kimi sərt şaquli hakimiyyəti olan Rusiyada vəzifəcə Medvedev Putindən yuxarı olsa, onda necə olacaq?


Sankt-Peterburqun Politologiya fakültəsindən olan Vladimir Vasilyev deyir ki, «bu iki şəxs arasında konflikt olmamalıdır, ancaq hakimiyyət qəribə şeydir. Hakimiyyət adamı əməlli-başlı dəyişə bilər. Xüsusilə bu hakimiyyət göydəndüşmə olanda. Baş nazirin müavinindən dönüb prezident olmaq, sıravi adamın birdən baş nazirin müavini olmasına oxşayır».


Əsas sual isə odur ki, real hakimiyyət kimin əlində olacaq? Rusiyalı müxalifət lideri Vladimir Rıjkov deyir ki, Putinin fevralın 14-də keçirdiyi böyük mətbuat konfransı onu göstərir ki, o lider olaraq qalmağı düşünür: «Bu çıxış - lider kimi qalmağı planlaşdıran siyasətçinin çıxışı idi».


Harvard Universitetində Rusiya tarixi üzrə professor Edvard Kinan isə deyir ki, Rusiya tarixində iki şəxsin hakimiyyətinə nadir də olsa, çox gözəl nümunə var. XVII əsrdə Romanov sülaləsinin əsasını qoyan birinci Mixail çar idi, ölkəni isə onun atası Filaret patriarx idarə edirdi: «Ata-oğul çox yaxşı işləyirdilər». Kinan deyir ki, Medvedevein tez-tez işlətdiyi bir söz var ki, Putin ona ata kimidir. Kinanın fikrincə Mixail-Filaret cütlüyü ilə müqayisə qaçılmazdır. Onda şübhə yoxdur ki, Putin vaxtilə Filaretin etdiyi kimi hərc-mərclik dövründən sonra Rusiyanı dirçəltməyi düşünür.


Günün bütün mövzuları

XS
SM
MD
LG