Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

Şahzadə Harri talibançılarla ön cəbhədə vuruşur


Britaniya şahzadəsi hərbi xidmətə 2007-ci ilin may ayında yollanıb
Britaniya şahzadəsi hərbi xidmətə 2007-ci ilin may ayında yollanıb

Şahzadə Diananın kiçik oğlu Harri üç aya yaxındır ki, Əfqanıstanda talibançılarla ön cəbhədə vuruşur. Britaniyanın Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. İndiyə kimi Britaniya hökuməti 23 yaşlı şahzadənin təhlükəsizliyi üçün bunu gizli saxlayırdı.


Britaniya mətbuatı xəbəri yaymamaqla bağlı nazirliyə söz verib. Amma xəbəri Amerikanın internet saytlarından biri üzə çıxarıb.


Britaniyanın «Times» qəzeti yazır ki, xəbər yayıldığından sonra şahzadə Harri Əfqanıstandakı xidmətini dayandırmaq məcburiyyəti qarşısındadır və onu evakuasiya etmək üçün fövqəladə plan hazırlanıb. Baş nazir Qordon Braun bəyan edib ki, şahzadənin «parlaq xidmətinə görə Britaniya fəxr edəcək».


Britaniya şahzadəsi hərbi xidmətə 2007-ci ilin may ayında yollanıb. Həmin vaxt mətbuat onun İraqda İraqa xüsusi təyinatlı bölmədə xidmət edəcəyini yazırdı.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG