Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:53

«Məmurların varis planı»


«Oliqarx-məmurlarımızın övladları siyasi həyatda yerlərini bərkitməkdədirlər»

«Oliqarx-məmurlarımızın övladları siyasi həyatda yerlərini bərkitməkdədirlər»

«Azərbaycan cəmiyyətində ailə varisliyinin siyasi və mənsəb varisliyinə çevrilməsi ənənəsi kök atmağa başlayıb. Yüksək vəzifəli məmurların övladları öz atalarının inhisar yaratdığı gəlir mənbələrinin varisinin xələfinə çevrilməyə başlayıblar. Çünki maliyyə oliqarxiyası yaratmış nazirlərin topladıqları sərvətin yeganə təminatçısı yalnız əziz xələf övladları ola bilər». «Gün səhər» manşet məqaləsində belə yazıb.


«Görünür, yüksək mənsəb sahibləri 10-15 il tutduqları vəzifəni nə vaxtsa tərk edəcəklərini düşünməyə başlasalar da, həmin sahələrdəki biznes imtiyazlarını əldən vermək istəmirlər. Son vaxtlar belə gül balaların adları tez-tez eşidilir».


Qəzet daha sonra konkret dövlət məmurlarının adlarını çəkir. Və yazır ki, «bu siyahını uzatmaq da olar…»


Parlamentin Sosial siyasət komissiyasının üzvü Musa Quliyev «Üç nöqtə»yə bildirib ki, «işsizlərə verilən müavinət artırılacaq». Nazirlər Kabineti də bununla bağlı proqram təsdiq edib.


Deputat bildirib: «Əhalinin sosial müdafiəsi o zaman güclənər ki, onlar bilavasitə ixtisaslarına, malik olduqları fiziki və əqli qabiliyyətlərinə uyğun işlə təmin olsunlar. Eyni zamanda ailələrinin ehtiyaclarını qarşılayan həcmdə qazanc əldə etsinlər. Bu sahədə dövlətin düzgün siyasəti var. Hesab edirəm ki, bu proqram hökumətin qarşıya qoyduğu məqsədlərə tam çatmasına xidmət edəcək».


«Azərbaycanın demokratik prinsiplərə sadiqliyi reallıqdır»- bunu iqtidaryönlü «İki sahil» qəzeti yazır: «Hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan atdığı hər bir addımında bu prinsiplərə sadiqlik nümayiş etdirərək, həyata keçirdiyi islahatlarla beynəlxalq aləmdə qazandığı sivil ölkə imicini daha da möhkəmləndirməyə çalışır».


Günün bütün mövzuları

XS
SM
MD
LG