Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:43

«ATƏT BMT-nin Qarabağ nizamlamasına qoşulmasına qarşıdır»


«Azərbaycan seçkilərlə bağlı verilmiş tövsiyələrə əməl etməlidir»
«Azərbaycan seçkilərlə bağlı verilmiş tövsiyələrə əməl etməlidir»

«Azərbaycan hakimiyyəti dəfələrlə bildirib ki, öz ölkəsini müasirləşdirmək və Avropaya doğru inkişaf etdirmək əzmindədir. Hər iki öhdəlik o deməkdir ki, Azərbaycan məhz seçkilərlə bağlı verilmiş tövsiyələrə də mütləq əməl etməlidir».


Bunu Bakıya səfərinin sonunda ATƏT sədri İlkka Kanerva bəyan edib.


O, fevralın 28-də prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov və siyasi partiya liderləri ilə görüşüb.


Kanerva: «Öz cəmiyyətini müasirləşdirmək istəyən hər ölkədə, o cümlədən də Azərbaycanda ədalətli, sərbəst seçki keçirilməsi, siyasi dialoqun təsbiti və KİV azadlığı əsas prioritet məsələlərdir. Mənim müxalifətlə görüşümdə ilk dəfə olaraq hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi də iştirak edirdi. Onlara ATƏT-in demokratik islahatlar üçün hansı rola malik olduğunu izah etməyə çalışdım».


Qarabağ məsələsinə toxunan ATƏT sədri deyib ki, hazırda sülh danışıqlarına «kənar qüvvələri», o cümlədən Birləşmiş Millətlər Təşkilatını (BMT) da qoşmaq barədə müəyyən məlumatlar dolaşır. Amma ATƏT bu fikri dəstəkləməyəcək.


Son bir neçə ildə Azərbaycan BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağla bağlı qətnamə layihələri irəli sürüb. Bu yaxınlarda Bakının «İşğal olunmuş ərazilərdə vəziyyət» adlı qətnamə layihəsi BMT-də dərc olunaraq yayılıb. Yerevan buna qarşıdır.


İlkka Kanerva Bakıda prezident İlham Əliyevin Finlandiyaya planlaşdırılan səfərini də müzakirə edib. Səfər mayda baş tutacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG