Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru işdən çıxarıldı


«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Alqış Həsənoğlu Foto: Media Forum

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Alqış Həsənoğlu Foto: Media Forum

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Alqış Həsənoğlu işdən çıxarılıb.


Bu barədə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin fevralın 28-də keçirilən iclasında qərar qəbul olunub.


YAP məlumat yayıb ki, «baş redaktor Alqış Həsənoğlunun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib və İdarə Heyətinin üzvləri yekdilliklə onun işdən azad edilməsi barədə qərar qəbul edib».


Alqış Həsənoğlu «Media forum» saytına açıqlamasında onun səlahiyyətlərinin icrasının YAP icra katibinin müavini Mübariz Qurbanlıya tapşırıldığını bildirib.


«Yeni Azərbaycan» qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır.


Alqış Həsənoğlu Milli Məclisin deputatı olub, on ildən çox «Yeni Azərbaycan» qəzetinə rəhbərlik edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG