Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Bakıda pedofillikdə təqsirləndirilən beynəlxalq axtarışda olan şəxs tutulub


Həbs olunan Böyük Britaniya vətəndaşı, 1959-cu il təvəllüdlü Patrik O”Brayndır. O, Britaniyada bir neçə uşağı zorlamaqda günahlandırılır. Axtarışda olduğu üçün əvvəl Rusiyaya, sonra Azərbaycana gəlib. Bir ildən çoxdur Bakıda, kirayə tutduğu evdə yaşayırmış.


Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları onu evdə həbs ediblər. Nazirlikdən Ehsan Zahidov məlumatı təsdiqləyib, O”Braynın Britaniyaya ekstradisiya olunacağını deyib.


Qarşı tərəfin məsələ ilə bağlı hər hansı mövqeyi məlum deyil.




Günün bütün mövzuları

XS
SM
MD
LG