Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

«Əməkdaşlığımız öhdəliklər yerinə yetirilmədən mümkün deyil»


İlkka Kanerva: «Demokratik proseslərin dərk olunması vacibdir»

İlkka Kanerva: «Demokratik proseslərin dərk olunması vacibdir»

ATƏT-in Azərbaycanla əməkdaşlığı hökumətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədən mümkün deyil. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın Xarici İşlər naziri İlkka Kanerva fevralın 28-də təşkilatın Bakıdakı ofisinin açılış mərasimində bəyan edib. O, bildirib ki, bu ofisin fəaliyyəti hökumət və vətəndaş cəmiyyəti arasında koordinasiyanın qurulmasında böyük rol oynayır. Demokratik proseslərin dərk olunmasının vacibliyini bildirən diplomat deyib ki, bu sahədə müəyyən irəliləyişlər mövcuddur.


Tədbirdə çıxış edən Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirib ki, ATƏT ölkələrində çox vacib problemlər öz həllini gözləyir: «Azərbaycanın ATƏT-dən böyük gözləntiləri var».


A.Əzimovun sözlərinə görə, ATƏT hazırda ciddi çağırışlar qarşısındadır və amma bu çağırışlara cavab vermək gücündə deyil.


ATƏT-in Bakıdakı yeni ofisi «Landmark»da («Köhnə dəyirman») yerləşir.


İlkka Kanervanın səfəri ATƏT nümayəndələrinin fevralın 26-da Cənubi Qafqaz ölkələrinə başlayan turnesi çərçivəsində gerçəkləşib.


Günün bütün mövzuları

XS
SM
MD
LG