Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:21

Atanın siqaret çəkməsi ilə uşağın xəstəliyi arasında əlaqə var


Uşaqlarda müəyyən xəstəliklərin yaranması ataların siqaret çəkməsi ilə bağlıdır
Uşaqlarda müəyyən xəstəliklərin yaranması ataların siqaret çəkməsi ilə bağlıdır

Övladının dünyaya gəlməsini gözləyən ataların da sağlamlığına diqqət eləməsi vacib imiş. Vaşinqton Dövlət Universitetindən Mətyu Anvey və Ratgers Universitetindən Sinsia Daniels bu nəticəyə gəlib.


Mətyu Anvey siçanlar üzərində təcrübə aparıb, məlum olub ki, erkək siçan bağçalarda istifadə olunan kimyəvi maddələrin təsirinə məruz qalırsa, ondan olan siçanlar müxtəlif xəstəliklərə düçar olurlar: ya böyrəkləri xəstələnir, ya prostat vəzisi həddən artıq böyüyür, ya da sonsuzluq əmələ gəlir. Təcrübə zamanı dünyanın hər yerində meyvələrə vurulan kimyəvi maddələrdən istifadə olunub.


Əvvəlki araşdırmalar da atanın siqaret çəkməsiylə uşağın xəstəliyi arasında əlaqə olduğunu sübut edib. Məsələn, uşaqda fəqərələrin parçalanması, damağın dərinliyi kimi problemlər atanın tütünə aludəçiliyi ilə izah olunur.


Alimlər onu da aşkar ediblər ki, Vyetnam müharibəsi zamanı defoluliəntin təsir elədiyi Amerika əsgərlərinin uşaqlarında xəstəlik olub. Defoluiənt yarpaqların məhvi üçün istifadə olunan kimyəvi maddədir. Bu dərmanın ucbatından xəstə doğulan uşaqlara 1997-ci ildə kompensasiya verildi. Çünki defoluiəntin təsir etdiyi əsgərlərin uşaqlarında bel sümükləri düzgün formalaşmır.


Hamıya məlumdur ki, hamilə qadınlar spirtli içki qəbul edə və siqaret çəkə bilməzlər. İndi o da məlumdur ki, həddən artıq alkoqol qəbul edən kişilərdə spermalar həddən artıq çox və anormal olur. Bu anormallıq uşaqlarda ürək xəstəliyinə səbəb olur. Təcrübə aparanlardan Daniels deyir ki, cavanların yerinə olsa, nə pivə, nə də araq içərdi.
Daniels onu da deyir ki, ataların sağlamlığının uşağa təsiri hələ kifayət qədər öyrənilməyib. Bu məsələni araşdırmaq istəyənlərə isə hücum var. Çünki cəmiyyət uşaqların xəstəliklərinin atalarla bağlı olması fikrini rədd edir, ya da təşvişlə qarşılayır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG