Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:46

«Hökumətin səbrinin həddi var»


Koçaryan aksiyaya çıxanların «ağlını başına yığacağını» gözləyir

Koçaryan aksiyaya çıxanların «ağlını başına yığacağını» gözləyir

Robert Koçaryan xalqı məsuliyyətsiz liderlərin vasitəsinə çevrilməməyə çağırıb. Bu barədə Ermənistan prezidenti ictimaiyyətə ünvanladığı müraciətində deyib.


O, bildirib ki, hüquq mühafizə orqanları qanunsuz aksiyaları dağıda bilər. Amma o, buna icazə vermir, aksiyaya çıxanların «ağlını başına yığacağını» gözləyir. Prezident xatırladıb ki, bunun üçün bir həftə kifayətdir və hökumətin səbrinin həddi var.


Koçaryan deyib ki, indiyə qədər göstərdikləri təmkin başqa təsəvvür yaradır, polisin asayişi qorumaq iqtidarında olmadığını göstərə bilər.


Yenicə prezident seçilən Serj Sarkisyansa siyasi rəqiblərini koalisiya hökumətinin qurulmasında iştiraka çağırıb. Sarkisyan Yerevanda tərəfdarları qarşısında çıxışında müxalifətə əməkdaşlıq təklif edib.


Seçkidəki məğlubiyyəti ilə barışmayan Ermənistanın birinci prezidenti Ter-Petrosyanın tərəfdarları bir həftədir aksiya keçirirlər. Onu dəstəkləyən bir sıra dövlət rəsmiləri həbs olunublar.


Ermənistanda prezident seçkiləri 2008-ci ilin fevralın 19-da keçirilib. Mərkəzi Seçki Komissiyası Sarkisyanın qələbə çaldığını elan edib. Aparıcı müxalifət partiyaları isə səslərin sayılması zamanı saxtakarlığın olduğunu bildir və rəsmi nəticələri tanımırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG