Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

«Adının siyahıya düşdüyünü dəqiqləşdirmək seçicinin vəzifəsi deyil»


MSK seçiciləri adlarını seçici siyahılarından tapmağa çağıran reklam çarxlarına başlayıb

MSK seçiciləri adlarını seçici siyahılarından tapmağa çağıran reklam çarxlarına başlayıb

Bir müddətdir ki, ölkə televiziyalarında Mərkəzi Seçki Komissiyası (MSK) seçiciləri adlarını seçici siyahılarından tapmağa çağıran reklam çarxlarına başlayıb. Seçici siyahıları son prezident və parlament seçkiləri zamanı seçki monitorinqlərinin əsas diqqət yetirdiyi sahə olub. Aparılan araşdırmalar vəfat etmiş şəxslərin adlarının siyahıya salınması, eyni adamların bir neçə seçki dairəsinin və ya seçki məntəqəsinin siyahısına düşməsi, o cümlədən bəzi seçicilərin adlarının siyahıda olmaması kimi faktları ortaya çıxarmışdı. MSK isə ilk dəfədir ki, seçki kampaniyasına rəsmi start verilməsinə bir neçə ay qalmış seçici siyahılarının dəqiqləşdirilməsinə başladığından, bu sahədə vəziyyətlə maraqlandıq.


Bakıdakı 12 saylı seçki məntəqəsində seçici siyahıları gözə dəymirdi. Əslində, bura məktəbdi, seçki məntəqəsi seçki kampaniyası başlayanda qurulacaq. Bəs seçici siyahıları hardadı?


- İkinci mərtəbəyə qalxın, Bəsti müəllimənin otağında.


18 saylı orta məktəbin direktor müavini Bəsti müəllimə həm də 12 saylı Məntəqə Seçki Komissiyasının sədridi, amma hansısa tədbirə getdiyindən komissiyanın katibi Pakizə Quliyeva suallarımızı cavablandırdı. Quliyeva deyir ki, indi onlarda seçici siyahısı yoxdu.


- Biz dairəyə vermişik.


Üçünçü Yasamal 17 saylı Dairə Seçki Komissiyasının 8 saylı seçki məntəqəsinin sədri Mehparə Babayeva da deyir, hələ ki, onlar seçici siyahılarının üzərində işləyir, dəqiqləşdirmələr aparırlar.


Hər iki komissiyanın təmsilçiləri bildirirlər ki, seçicilər öz adlarını hələlik dairə seçki komissiyalarından öyrənə bilərlər. 17 saylı Dairə Seçki Komissiyasının sədri Qərib Kərimov isə deyir ki, hələlik seçki siyahılarının üzərində işləyirlər. Onlara müraciət edən seçicilər isə həm seçki məntəqəsinə gələ bilər, həm də telefonla adlarının siyahıya düşüb-düşmədiyini dəqiqləşdirə bilərlər.


Mərkəzi Seçki Komissiyasının hüquqşünası İradə Hacıyevanın sözlərinə görə isə seçicinin öz adının seçici siyahısına düşüb-düşmədiyini dəqiqləşdirmək birbaşa vəzifəsi deyil, amma siyahılarla bağlı problemlərin olmaması üçün seçici aktivliyinə ehtiyac var. Sonra məlum olsa ki, seçici siyahılarında uyğunsuzluqlar var, bunun məsuliyyətini vətəndaşlar yox, yerli dövlət qurumları çəkəcək.


Amma əsas iş MSK-nın seçici siyahılarını təsdiqləyəndən sonra başlayacaq. Bu dəfə seçki monitorinqiylə məşğul olan qeyri-hökumət təşkilatlarının əliylə. Seçki Monitorinq Mərkəzinin eksperti Bəşir Süleymanlı deyir ki, onlar bu ilin may ayından başlayaraq seçici siyahılarının monitorinqini aparacaqlar və müəyyən edəcəklər ki, MSK prezident seçkisinə nə qədər dəqiq seçici siyahılarıyla gedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG