Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

«Mətbuat işçilərinə qarşı fiziki təzyiq Azərbaycanda adi haldır»


«Sərhədsiz reportyorlar» «Azadlıq» qəzetinin müxbirinin döyülməsini pisləyir

«Sərhədsiz reportyorlar» «Azadlıq» qəzetinin müxbirinin döyülməsini pisləyir

«Sərhədsiz reportyorlar» təşkilatı «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilovun döyülməsini pisləyir.


Bildirilir ki, insident fevralın 22-də jurnalistin qanunsuz torpaq alqı-satqısı ilə bağlı razılaşmanı fotoaparatla çəkərkən baş verib.


Məlumatda deyilir: «Mətbuat işçilərinə qarşı fiziki təzyiq Azərbaycanda adi haldır. Biz öz vəzifə borcunu yerinə yetirən jurnalistlərə təzyiqlərlə bağlı istənilən halı pisləyir və hakimiyyəti bu faktı araşdırmasını və günahkarların cəzalandırılmasına çağırırıq».


Sənəddə həmçinin «Azadlıq» qəzetini çoxdandır hakimiyyətin hədəfə aldığı və bu qəzetin redaktoru Qənimət və onun qardaşı Sakit Zahidovun həbs olunmasının buna sübut olduğu bildirilir.
Qəzetin əməkdaşı satirik şair Sakit Zahidov qanunsuz narkotik maddə saxlama ittihamı ilə 3 il yarım azadlıqdan məhrum edilib. Nəşrin baş redaktoru Qənimət Zahidovun məhkəmə prosesi davam edir və prokuror onun 5 il azadlıqdan məhrum olunmasını istəyir. Onu xuliqanlıqda ittiham edirlər.


Hər iki jurnalist isə həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirirlər. Beynəlxalq insan hüquqları müdafiə təşkilatları Zahidov qardaşlarının dərhal azad olunmasını tələb edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG