Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Gürcüstanın Baş naziri Bakıda ölkəsinə satılan qazın qiymətini razılaşdıracaq


Gürcüstana qaz satılmasıyla bağlı hələ razılıq yoxdur. Bu məsələ mart ayında Bakıya gələcək Gürcüstanın Baş naziri ilə birlikdə müzakirə olunacaq.


Bu haqda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. O, deyib ki, Azərbaycan Gürcüstana normal qiymət təklif edir. Gürcüstan da qazı normal qiymətə almaq istəyir.


Rövnəq Abdullayev təklif olunan qiymət barədə məlumat verməyib. Bu yaxınlarda Yanacaq və Energetika naziri Natiq Əliyev Gürcüstana təklif olunan qazın qiymətinin təxminən 150-180 dollara arasında olacağını bildirmişdi.


XS
SM
MD
LG