Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:08

«MİQ-29»un «qara qutu»su ekspertizaya təqdim ediləcək


Qəzaya uğramış «MİQ-29» təyyarəsi dənizdən çıxarılıb. «Qara qutu» tapılıb. Müvafiq prosedurlar keçirildikdən sonra «qara qutu» ekspertizaya təqdim ediləcək. Bu barədə Hərbi prokuror Xanlar Vəliyev bildirib.


Onun sözlərinə görə, ekspertizanın rəyindən sonra qəzanın səbəbləri müəyyənləşdiriləcək. «Ekspertizanın rəyindən sonra qəzanın insan faktoru ilə, pilotların günahı, uçuşun idarə edilməsi və ya təyyarənin nasazlığı ilə bağlı olduğu müəyyənləşdiriləcək».«Turan»


Qəza yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında baş verib. «MİQ-29» Xəzər dənizinə düşüb və hər iki pilot (Fəxrəddin Əsgərov və Əfqan Aslanov) həlak olub. Təyyarə 2006-cı ildə Ukraynadan alınıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG