Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 11:12

İranın Xarici İşlər naziri azərbaycanlı tələbələrin etirazlı ilə üzləşib


Tələbələr Mənuçehr Mottəkiyə etiraz edərək onunla görüşü yarımçıq qoyublar
Tələbələr Mənuçehr Mottəkiyə etiraz edərək onunla görüşü yarımçıq qoyublar

Tehranın Elm və Sənət (Sənaye) Universitetinin azərbaycanlı tələbələrindən biri fevralın 24-də universitet zalında çıxış edən Xarici İşlər Nazirinə İran İslam Respublikasının müsəlman Azərbaycanın ərazisini işğal edən Ermənistanla səmimi münasibətlərinin səbəbi haqda sual verib.


İranın Xarici İşlər naziri Mənuçehr Mottəki isə sualı cavabsız qoyub və dərhal zaldakı müxbirlərdən istəyib ki, tədbirin bu hissəsini lentdən silsinlər.


Xəbəri Tehranın Elm və Sənət Universitetinin azərbaycanlı tələbələri tərəfindən nəşr edilən «Günəş» saytı yayıb.


Məlumatda bildirilir ki, Mənuçehr Mottəkinin sualı rədd etməsi və açıq-aşkar senzura təklifi zaldakı azərbaycanlı tələbələrini daha da qəzəbləndirib. Onlar ayağa qalxaraq «Qarabağ müsəlman dünyasının ayrılmaz hissəsidir» deyə İslam Respublikasının xarici siyasətinə etirazlarını bildiriblər.


Saytının verdiyi məlumata görə, azərbaycanlı tələbələr şüarlar səsləndirərək zalı tərk edib. Tələbələr həmin gün Tehrandakı Ermənistan səfirliyinin qarşısında keçirilən Xocalı faciəsinin anım mərasiminə qoşulublar. Bu mərasim hər il eyni yerdə qeyd edilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG