Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

«Biz də hərif deyilik, bizim də bildiklərimiz var»


«Büdcədən maliyyələşəcək 5 yaradıcı təşkilatın adını qanuna yazmaqla problemi həll edərik»
«Büdcədən maliyyələşəcək 5 yaradıcı təşkilatın adını qanuna yazmaqla problemi həll edərik»

Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclasında ikinci oxunuşda müzakirə edilən «Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında» qanun layihəsi mübahisə yaradıb. Bu barədə «Yeni Azərbaycan» yazıb.


İclasda iştirak edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov sənədin «Büdcə sistemi haqqında» və «QHT-lər haqqında» qanunlarla ziddiyyət təşkil etdiyini deyib. O, bildirib ki, «Büdcə sistemi haqqında» qanunda göstərilib ki, heç bir başqa qanunda büdcədən maliyyələşdirmə ilə bağlı müddəa yer ala bilməz. Müzakirəyə təqdim olunan qanunda isə yaradıcı birliklərin dövlət büdcəsindən maliyyələşdiriləcəyi əksini tapıb. Yaradıcı şəxslərə vergi və gömrük güzəştlərinin edilməsi üçün Vergilər Məcəlləsinə və Gömrük Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir.


Parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov iradların nəzərə alınacağını desə də, bildirib ki, vitse-spikerin adını çəkdiyi qanun layihələrinə dəyişikliklərin edilməsi nəticə verməyəcək.


«Biz də hərif deyilik, bizim də bildiklərimiz var»- deyən N.Cəfərov qanun layihəsindəki digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edən məqamların uyğunlaşdırılması üçün bir sıra təkliflərin olduğunu vurğulayıb. Qanunun presedent yaratmaması üçün sənəddə hansı yaradıcı birliklərin dövlət tərəfindən maliyyələşdiriləcəyi konkret şəkildə əksini tapa bilər. «Biz dövlət tərəfindən maliyyələşdiriləcək 5 yaradıcı təşkilatın adını qanuna yazmaqla problemi həll etmiş olarıq» - deyən N.Cəfərov əlavə edib ki, qanunu qəbul etməkdə məqsəd yaradıcı adamlara kömək etməkdir.


«Demokratiya dalğası Azərbaycana yaxınlaşır» Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Gün səhər»ə belə deyib.


Ekspert onu da deyib ki, Rusiya Serj Sarkisyan kimi bir kadra istinad etməklə Ermənistan ictimai rəyində özünü nüfuzdan saldı. Bu isə məğlubiyyət deməkdir.


Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Üç nöqtə»yə bildirib ki, «Ermənistan danışıqlarda kompromisə getməyə məcburdur».


«Ermənistan rəhbərliyində kimin təmsil olunmasından asılı olmayaraq indiki şəraitdə rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda kompromisə getməyə məcburdur». Şöbə müdiri Novruz Məmmədovun fikrincə, bu, alternativsiz bir variantdır. O, deyib ki, Azərbaycanın dünyada və regionda artan nüfuzu, ölkənin iqtisadi qüdrəti, siyasi gücü, hərbi potensialı Ermənistanın isə bir küncə sıxılıb qalması bu ölkənin rəhbərliyini məcbur edəcək ki, sülh danışıqlarında kompromisə getsin: «Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG