Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

ABŞ yeni təqaüd proqramına 600 min dollar qrant ayırıb


ABŞ Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan təqaüd proqramının yaradılmasına 600 min dollar məbləğində qrant ayırıb. Fevralın 25-də Amerikanın səfiri Enn Dersi və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu haqda saziş imzalayıblar.


Səfir bildirib ki, yeni təqaüd sisteminin tətbiqi gələcək nəsillərin təqaüdlərinin ödənilməsini və ən zəif təbəqələrin ehtiyaclarının qarşılanmasını təmin edəcək.


Yeni yaradılacaq sistem ABŞ-da mövcud olan fərdi təqaüd hesabları sisteminə oxşayır. Bu, vətəndaşlara əmək haqlarının bir hissəsini şəxsi təqaüd fondlarının könüllü hesablarına keçirmək imkanı yaradacaq.


Qrantı ABŞ-ın Ticarət və İnkişaf Agentliyi ayırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG