Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:09

Oskarı əsasən avropalılar qazandı


Oskar Amerika Kinematoqrafiya Akademiyasının təsis etdiyi nüfuzlu beynəlxalq mükafatdır
Oskar Amerika Kinematoqrafiya Akademiyasının təsis etdiyi nüfuzlu beynəlxalq mükafatdır

Bu il Oskarın qalibləri əsasən avropalılardır. Mükafat ənənəvi olaraq Los Ancelsdə təqdim olunub.


«No Country for Old Men» («Yaşlılara yer yoxdur») filmi ən yaxşı film nominasiyasında qalib olub. İspaniyadan olan Xaviyer Bardem də ən yaxşı ikinci dərəcəli kişi roluna görə mükafatı bu filmdəki roluna görə qazanıb. «No Country for Old Men»in rejissorları Koen qardaşları da bu filmə görə ən yaxşı rejissor nominasiyasında Oskarı götürüblər.


Ən yaxşı aktyor adını Daniel Day-Lewis qazanıb. O, «There Will Be Blood» («Qan töküləcək») adlı filmə görə qalib olub.


Ən yaxşı aktrisa isə Marion Cotillarddır. O, «Çəhrayı rəngli həyat» filmindəki roluna görə bu ada layiq görülüb («La Vie en Rose»).


Ən yaxşı xarici film nominasiyasında qalib Avstriya filmidir-«The Counterfeiters» («Saxtakarlar»). Ən yaxşı xarici film adına iddialı namizədlər isə bunlar idi: «Beaufort», (İsrail», «Katyn» (Polşa), «Mongol» (Qazaxıstan», «12» (Rusiya).


Kinematoqrafiya nominasiyasında qalib isə «There Will Be Blood» filmidir.


Oskar Amerika Kinematoqrafiya Akademiyası tərəfindən təsis edilən nüfuzlu beynəlxalq mükafatdır. O, hər il müxtəlif nominasiyalar üzrə verilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG