Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Dənizdən yalnız bir pilotun cəsədi çıxarılıb


«MİQ-29» yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğrayıb
«MİQ-29» yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğrayıb

Dənizdən yalnız pilot Əfqan Aslanovun cəsədi çıxarılıb. Digər pilot Fəxrəddin Əsgərovun cəsədi dənizdə qəflətən hava şəraiti dəyişdiyindən üzə çıxarılmayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib:


«Qəzaya uğrayan «MİQ-29» döyüş təyyarəsinin fevralın 24-də tapılması barədə Hərbi Hava Qüvvələrindən mənə məlumat verilərkən elə zənn etmişdim ki, pilotlardan hər ikisi də dənizin dibindən çıxarılıb».


***


Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış «MİQ-29» təyyarəsi və təyyarənin hər iki pilotunun cəsədi fevralın 24-də axşam saatlarında tapılaraq Xəzər dənizinin dibindən üzə çıxarılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.


Təyyarənin «qara qutu»su da tapılıb.


Qəza yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında baş verib. «MİQ-29» Xəzər dənizinə düşüb və hər iki pilot (Fəxrəddin Əsgərov və Əfqan Aslanov) həlak olub. Təyyarə 2006-cı ildə Ukraynadan alınıb.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG