Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:34

Bakı İKT-nin Kosovonun müstəqilliyini tanıması barədə mövqeyini bölüşmür


Azərbaycan üzvü olduğu İslam Konfransı Təşkilatının (İKT) Kosovonun müstəqilliyini tanıması barədə mövqeyini bölüşmür. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib.


İKT-nin baş katibi Ekmələddin İhsanoğlu təşkilatın Kosovonun müstəqilliyini tanıdığını bəyan edib.


Xəzər İbrahim deyib ki, bu bəyanatın hüquqi əsası yoxdur. Çünki məsələ ilə bağlı üzv ölkələr arasında heç bir məsləhətləşmə aparılmayıb.


«Adətən belə qərarlar yüksək səviyyəli görüşlərdə müzakirələrdən və məsləhətləşmədən sonra verilə bilər. Məsələn, Avropa Birliyi görüş keçirdi və orada razılıq əldə olunmadı. Ona görə də birliyin üzvləri fərdi olaraq öz mövqelərini bildirdilər. Buna görə İKT-nin mövqeyi beynəlxalq hüquq çərçivəsində müvafiq deyil».


Xəzər İbrahim onu da deyib ki, İslam ölkələri arasında bir çox məsələlərdə həmrəylik mövcuddur. Buna görə də Bakı Kosovo məsələsini dramatikləşdirməyə ehtiyac görmür.


1991-ci ildən İKT-nin üzvü olan Azərbaycan hesab edir ki, Kosovonun müstəqillik elan etməsi beynəlxalq hüquq normalarına ziddir.



Günün bütün mövzuları

XS
SM
MD
LG