Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

Skinhedlər sakitləşmir…


«Vremya Novostey» xəbər verir ki, təkcə keçən il Rusiyadan Azərbaycana 50 meyit göndərilib

«Vremya Novostey» xəbər verir ki, təkcə keçən il Rusiyadan Azərbaycana 50 meyit göndərilib

2008-ci il başlayanı skinhedlər Rusiyada 20-ə qədər miqrantı öldürüblər, 50-dən çox miqrant yaralanıb. Bu məlumatı «Sova» insan haqları təşkilatı hələ bir həftə əvvəl yayıb. Təşkilat bu rəqəmlərin çox böyük olduğunu deyir.


Miqrantlara hücumların çoxu Moskvada, Sankt-Peterburqda olub. Son iki ayda Moskvada 6 miqrant öldürülüb, 17-si yaralanıb. Sankt-Peterburqda 4 miqrantı qətlə yetiriblər.


Skinhedlərin hücumuna məruz qalanların çoxu Azərbaycan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan vətəndaşlarıdır.


«Vremya Novostey» xəbər verir ki, təkcə keçən il Rusiyadan Azərbaycana 50 meyit göndərilib. Gürcüstana 30 meyit gedib. Tacikistan, Özbəkistan, Qırğızıstan kimi postsovet respublikalarına meyiti qayıdanların sayı 100-dən çoxdur.


Bu həftənin əvvəli Moskva polisi skinhedlərin nifrət etdikləri xalqların təmsilçiləriylə, o cümlədən Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Mərkəzi Asiya xəbər agentliyi olan «Fargana.ru»nun redaktoru Denis Kislov skihedlərin fəallığına görə Rusiya hökumətini qınayıb, bildirib ki, miqrantlar əleyhinə qanun layihəsinin qəbulu skinhedlərə bir az da qol-qanad verib.



«…Onların arxasında elə hökumət özü durur. İstəyirlər ki, burda qonaq olduğumuzu unutmayaq. Hökumətdəkilərin öz siyasətidir. İndi də lap fəallaşıblar. Metroda, avtobusda getmək, gec qayıtmaq, parkda gəzmək təhlükəlidir»

Moskva polis idarəsinin rəisi Vladimir Poronin cavabında miqrantların törətdiyi cinayətləri sadalayıb. Poronin deyib ki, keçən il Moskvada başqa millətlərdən olanlara qarşı 5 min cinayət törədilib. Amma miqrantlar özləri bir ildə 14 min cinayət törədiblər.


Miqrantlar əmindirlər ki, rus polisi skinhedlərin də cinayətini ört-basdır edir. Moskvada Azərbaycanlıların FRAK informasiya agentliyinin direktoru Tünzalə Vəliqızı:


«Meşədə azərbaycanlının meyiti tapılıb, deyirlər narkotik maddədən ölüb. Narkotik maddəni meşədə niyə çəkir? Bunlar adamları dərisinin rənginə görə öldürürlər. Ziyalı, filan bilmirlər».


Polis skinhedlərə qarşı tədbir görüldüyünü, 12-ə qədər millətçi dəstəni ləğv edildiyini deyir. Elə bu həftənin birinci günü millətçi gənclərin liderlərindən biri barəsində hökm çıxarılıb, «balta» ləqəbiylə tanınan 23 yaşlı Maksim Martsinkeviçə 3 il cəza verilib.


Amma miqrantların çoxu kimi Rusiya vətəndaşı, Moskvada yaşayan azərbaycanlı Telman Məhərrəmov da hökumətin skinhedlərlə mübarizəsinə inanmır:


«Bir vaxtlar yazırdılar ki, o gənclərin hamısı OMON-un düşərgələrində məşq edirlər. Məncə onların arxasında elə hökumət özü durur. İstəyirlər ki, burda qonaq olduğumuzu unutmayaq. Hökumətdəkilərin öz siyasətidir. İndi də lap fəallaşıblar. Metroda, avtobusda getmək, gec qayıtmaq, parkda gəzmək təhlükəlidir».


Rus polisin statistikasına görə ictimai nəqliyyatda miqrantlara hücum azalıb. Amma bu statistika miqrantları sakitləşdirmir. «Sova» insan haqqları təşkilatının məlumatına görə keçən il Rusiyada 70-ə qədər miqrant öldürülüb, 550-dən çoxu yaralanıb və bunların hamısı skinhedlərin, millətçilərin qurbanlarıdır. Bu isə o deməkdir ki, 2006-cı illə müqayisədə Rusiyada skinhedlərin qurbanlarının sayı artıb. «Sova» hesab edir ki, skinhedlər bu sürətlə davam eləsələr, 2008-ci ildə öldürülən miqrantların sayı həmişəkindən 2 dəfə çox olacaq.


XS
SM
MD
LG