Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:36

Harada gəldi bayraq asmaq olmaz


Xarici dövlətlərin bayraqları protokol qaydasında müəyyən edilmiş yerlərdə asılacaq

Xarici dövlətlərin bayraqları protokol qaydasında müəyyən edilmiş yerlərdə asılacaq

Azərbaycanda xarici dövlətlərin bayraqlarının harada gəldi asılmasına icazə verilməyəcək.


Fevralın 22-də Milli Məclis «Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanun layihəsini birinci oxunuşda qəbul edib.


Yeni qaydalara görə əcnəbi bayraqlar yalnız xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları binaları, onların iqamətgahlarının üzərində qaldırıla bilər. Bundan başqa xarici dövlətlərin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfəri zamanı protokol qaydasında müəyyən edilmiş yerlərdə, Azərbaycanın daxili sularında üzən və limanlarında dayanan gəmilərin üzərində, eləcədə beynəlxalq səviyyəli tədbirlərdə asıla bilər.


Qanun həmçinin diplomatik nümayəndəliyin və konsulluq rəhbərliyinin, eləcə də xarici dövlətlərin ölkəyə gələn yüksək nümayəndələrinin maşınları üzərində ola bilər.


Layihə barədə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov məlumat verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG