Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:35

Dövlət Əyar Palatası qızılın yoxlanışına başlayıb


Belə yoxlamalar ilk dəfədir ki, həyata keçirilir

Belə yoxlamalar ilk dəfədir ki, həyata keçirilir

Dövlət Əyar Palatası Bakıda qızıl satışıyla məşğul olan ticarət şəbəkələrinin yoxlanmasına başlayıb. Palatanın sədri Adil Əhmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, məqsəd saxta və keyfiyyətsiz qızıl satışının qarşısını almaqdır. İlkin məlumatlara əsasən, həm yerli, həm də xarici ölkələrdən gətirilən məhsulların keyfiyyətsiz olduğu üzə çıxıb: «Elə obyekt aşkar etdik ki, İtaliya qızılı adıyla yerli zərgərlərin məhsullarını satırdı. Həmçinin xaricdən gətirilən bəzi məhsulların standartlara, lazımı keyfiyyətə cavab vermədiyini üzə çıxardıq».


Belə yoxlamalar ilk dəfədir ki, həyata keçirilir. Yoxlamalar vaxtı məmulatın üstündə Dövlət Əyar Palatasının damğasının olmasına xüsusi diqqət yetirilir. Adil Əhmədov deyir ki, belə damğa yoxdursa, qızılın keyfiyyəti şübhəlidir: «Yoxlamalar qızıl satışıyla məşğul olan ticarətçilərin qanunlara əməl edəcəyinə qədər davam edəcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG